Futzal turnirində növbəti mərhələyə adlayan komandalar bəlli olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində qrup mərhələsi başa çatıb. Muxtar Respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan turnirdə hər qrupdan iki komanda 1/4 yüksəlməyə nail olub.
A qrupunda Mədəniyyət Nazirliyi, B qrupunda Təhsil Nazirliyi, C qrupunda Ədliyyə Nazirliyi, D qrupunda isə Dövlət Vergi Xidməti birinci yerin sahibləri kimi, Səhiyyə, Fövqəladə Hallar, İqtisadiyyat nazirlikləri və Dövlət Energetika Xidməti isə qrup ikinciləri qismində pley-offa adlayıblar.
 
 
14 iyun 2025-ci il tarixində baş tutacaq 1/4 final oyunlarında aşağıdakı komandalar qarşılaşacaq:
 
▶️ Saat 10:00 – Mədəniyyət Nazirliyi – Dövlət Energetika Xidməti
▶️ Saat 11:00 – Ədliyyə Nazirliyi – Səhiyyə Nazirliyi
▶️ Saat 12:00 – Təhsil Nazirliyi – İqtisadiyyat Nazirliyi
▶️ Saat 13:00 – Dövlət Vergi Xidməti – Fövqəladə Hallar Nazirliyi